Quba rayon MKS-nin Mərkəzi kitabxanası tərəfindən “Küsnətqazma” istirahət mərkəzində səyyar kitabxana xidməti təşkil edilib. Tədbirdə müxtəlif elm sahələrinə və bədii ədəbiyyata dair 50-dən çox adda kitab nümayiş olunub. Tədbirdə B.Səfəroğlu adına rayon Mədəniyyət mərkəzinin musiqi kollektivi də iştirak edib. Musiqi sədaları altında gün boyu davam edən sərgi sakinlər tərəfindən razılıqla qarşılanıb. 
   Sərgi zamanı kitabxanaya 31 yeni oxucu üzv olub. 
   * * *
   Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin nəzdində fəaliyyət göstərən Qazax rayon MKS-nin Daş Salahlı kənd 1 saylı kitabxana filialı kəndin mərkəzində səyyar kitabxana xidməti təşkil edib. Kitabxananın əməkdaşları Rübabə Süleymanova və Hicranə Məmmədova sakinlərə nümayiş olunan kitablar haqqında məlumat verib, mütaliənin önəmindən bəhs ediblər.