Fransalı jurnalist, yazıçı, Beynəlxalq Reyn Dərnəyinin prezidenti Jerar Kardon və köməkçisi Fransuaz Nikola Azərbaycan Mətbuat Şurasında olublar. Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov qonaqlara qurumun fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan Mətbuat Şurası postsovet məkanında media sahəsində yaradılan ilk özünütənzimləmə qurumudur. 
   Ölkəmizdə medianın hazırkı durumu ilə bağlı ətraflı söhbət açan Əflatun Amaşov söz və ifadə azadlığı məsələləri ətrafında müqayisələr aparıb.
   Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə Mətbuat Şurasının sədri qonaqların Azərbaycanda media fəaliyyətinə, eləcə də Şuranın iş prinsiplərinə dair sualları da cavablandırıb.