Bakıda memarların və tələbələrin 4-cü Respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
   “Gənc memarlar və tələbələr klubu”nun prezidenti Şeyda Novruzzadə bildirib ki, münsiflər heyəti layihələri qiymətləndirərkən, əsasən innovasiyalar və milli memarlığa üstünlük verib. Onun sözlərinə görə, gənc memarların və tələbələrin müsabiqəsində qalib gələn layihələr Belarusun paytaxtı Minskdə keçirilən “Leonardo 2017” müsabiqəsinə təqdim olunacaq. 
   Müsabiqənin bütün iştirakçılarının layihələri “Gənclik” ticarət mərkəzində ictimaiyyətə təqdim olunacaq. Burada açıq sərgi təşkil ediləcək və istedadlı gənc memarların layihələri ilə daha yaxından tanış olmaq üçün şərait yaradılacaq.