Birləşmiş Ərəb Əmirliklərinin “GulfNews” nəşrinin yazdığına görə, Dubayda yeni texnologiya - yeməyin və fərdi sifarişlərin pilotsuz uçuş aparatlarının köməyi ilə mənzil başına çatdırılması texnologiyası sınaqdan çıxarılacaq. Gözlənildiyinə görə, yerli “Space Autonomous Drones” və ABŞ-ın “Skycart” şirkətləri tərəfindən işlənib hazırlanmış “ağıllı xidmət” logistika servisində yenilik edəcək. Dronlar supermarket və restoranlardan çəkisi beş kiloqramdan çox olmayan malları sifarişdən sonra bir göz qırpımında bütün şəhər boyu mənzil başına çatdıracaq.
   Bildirilir ki, servis rəsmi surətdə 2018-2019-cu illərdə işə salınacaq.