Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin təşkilatçılığı ilə keçirilən “Retro Bakı” layihəsinin növbəti konsertləri avqustun 4-də və 5-də olacaq.
   İdarədən bildirilib ki, saat 19-da paytaxtın Fəvvarələr meydanında başlanacaq konsertlərdə tanınmış müğənnilər - Əməkdar artist Lalə Məmmədova və Niyam Salami maraqlı repertuarla paytaxt sakinləri və qonaqlarının görüşünə gələcək.