Avqustun 7-də Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda “Yay” adlı rəsm sərgisi açılacaq. Sərgi Yaradıcı Qadınlar Assosiasiyası və Azərbaycan Rəssamlar İttifaqının birgə dəstəyi ilə təşkil ediləcək.
   Yaradıcı Qadınlar Assosiasiyasının rəhbəri Afaq Hüseynova deyib ki, ekspozisiyada qurumun üzvü olan 60-dək fırça ustasının 150-dən çox əsəri nümayiş olunacaq. Eyni zamanda sərgidə rəngkarlıq, yağlı boya, akvarel, və dekorativ-tətbiqi sənətə aid olan müxtəlif mövzulu portretlər və heykəltəraşlıq sənətinə aid əsərlər təqdim ediləcək. Sərgidəki rəsmlərdə qadın gözəlliyi və xoşbəxtliyi, gözəllik duyğusu, işıqlı rənglərin çoxluğu, həyatsevərlik və xeyirxahlığın ifadə olunduğu mövzulara yer verilir.
   Sərgi bir həftə davam edəcək.