Xəbər verildiyi kimi, Moskva şəhəri yaxınlığındakı Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları - 2017” yarışları keçirilir. Burada yaradılmış “Dostluq evi”ndə hərbi yarışlarda iştirak edən dövlətlərin nümayəndələri milli mədəniyyət nümunələrini nümayiş etdiriblər.
   Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, beynəlxalq oyunlarda iştirak edən nümayəndələr və qonaqlar sərginin Azərbaycana aid bölməsində ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənələri, məişətinə aid eksponatlarla yaxından tanış olmaq imkanı əldə ediblər.