“YARAT”da Qazaxıstan filmi təqdim ediləcək
   Avqustun 6-da “YARAT” Müasir İncəsənət Mərkəzində qazaxıstanlı rejissor Katerina Suvorovanın ekranlaşdırdığı “Dənizim” adlı film nümayiş etdiriləcək.
   Xronometrajı 88 dəqiqə olan ekran əsəri ingilis dilində subtitrlər ilə göstəriləcək. Film Aral dənizi sahillərində yaşayan sakinlərin hekayəsindən bəhs edir. 
   “Dənizim” filminin dünya premyerası 2016-cı ilin avqustunda Lokarno kinofestivalında (İsveçrə) olub.