Moskvadakı "Ostankino" teleqülləsinin 85 metrliyində 10 nəfərlik açıq baxış meydançası istifadəyə verilib. Meydança 540 metrlik teleqüllənin 50 illik yubileyi şərəfinə açılıb.
   Açıq baxış meydançası "texniki marşrut" ekskursiyasına daxil edilib. Arzu edənlər meydançada havanın temperaturunu təyin edən və küləyin sürətini ölçən meteoroloji avadanlıqlarla tanış ola, eyni zamanda Moskvanın şimal hissəsinin mənzərəsini seyr edə biləcəklər. Hər bir turistə kaska veriləcək.
   Teleqüllədə 337 metr yüksəklikdə qapalı baxış meydançası da fəaliyyət göstərir.