Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Tərtər və Bərdə rayon nümayəndəliklərində seminar-müşavirə keçirilib. 
   Tərtər rayon Mədəniyyət mərkəzində baş tutan tədbirdə idarənin rayon üzrə nümayəndəsi Gündüz Mürsəlov mədəniyyət müəssisələrində görülmüş işlərdən, qarşıda duran vəzifələrdən danışıb.
   1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü, 2 avqust - Azərbaycan kinosu günü, Xan qızı Natəvanın anadan olmasının 185 illiyi və Xalq şairi Mirvarid Dilbazinin 105 illiyi mövzusunda çıxışlar edilib.
   Regional idarənin Bərdə rayon nümayəndəliyində keçirilən seminar-müşavirədə də ötən dövr ərzində görülmüş işlər, mətbuatla daha geniş şəkildə əlaqələrin qurulması və digər məsələlər müzakirə olunub. 
   Tədbirdə idarənin məsləhətçisi Validə Nabatova, rayon Mədəniyyət mərkəzinin direktoru Gülbəs Məmmədova, MKS-nin direktoru Havva Mirzəyeva çıxış ediblər.