Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi tərəfindən “Beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və mədəniyyət müəssisələrində milli məfkurənin öyrədilməsi” mövzusunda dəyirmi masa keçirilib.
   Tədbirdə Mingəçevir, Yevlax şəhər, Bərdə və Tərtər rayon nümayəndəliklərində çalışan bədii rəhbərlər və mədəniyyət işçiləri iştirak ediblər. Çıxış edənlər avqustun əvvəlində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin təşkilatçılığı ilə İsmayıllı rayonunun İvanovka kəndində keçirilən “Mədəniyyət mərkəzləri və onların filiallarında çalışan bədii rəhbərlər üçün beynəlxalq elmi-praktik seminar” haqqında müzakirələr aparıblar. Mədəniyyət mərkəzlərində maddi-mənəvi dəyərlərin təbliği və əhali arasında təşviqat işləri məsələlərindən bəhs edilib. 
   Tədbirdə Bərdə rayon Şirvanlı kənd Folklor evinin “Qaravəlli” folklor qrupunun hazırladığı “Qarabağ: folklor da bir tarixdir” adlı kompozisiya təqdim olunub.