Avqustun 20-si görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı, C.Nehru adına Beynəlxalq mükafat laureatı Niyazinin (1912-1984) anadan olmasının 105-ci ildönümü idi.
   Hər il olduğu kimi, bu ildönümündə də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin və onun filialı olan Niyazinin mənzil-muzeyinin əməkdaşları, o cümlədən Niyazinin qohumları Fəxri xiyabanda maestronun məzarını ziyarət ediblər. Niyazinin Bakıda yeni ucaldılmış abidəsi də ziyarət edilib, önünə gül dəstələri qoyulub.
   Niyazinin mənzil-muzeyində 20 avqust tarixində “açıq qapı” günü elan olunub. Gün ərzində muzeyə gələn ziyarətçilərə ekspozisiya barədə məlumat verilib, Niyazinin musiqisi səslənib, maestronun həyat və yaradıcılıq yolunu əks etdirən sənədli videokadrlar, filmlər nümayiş olunub.