Vətəndaş Təşəbbüsləri Mərkəzi İctimai Birliyinin həyata keçirdiyi layihə çərçivəsində “Azərbaycanda ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin təşviqi ilə bağlı İsmayıllı və Şamaxı rayonlarında dəyirmi masalar təşkil edilib. 
   Şamaxı rayon turizm və mədəniyyət işçilərinin iştirakı ilə keçirilən növbəti tədbirdə İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin Şamaxı rayon üzrə nümayəndəsi Rəfail Tağızadə rayonun turizm resursları haqqında iştirakçılara məlumat verib. 
   İctimai birliyin rəhbəri Çingiz Gülalıyev “Azərbaycanda ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin mahiyyəti və onun yerlərdə yerinə yetirilməsi imkanları”, Azərbaycan Turizm və Menecment Universitetinin Turizm biznesi kafedrasının müdiri, dosent Bahadır Bilalov “Rayonlarda turizmin sürətli inkişafı ilə bağlı problemlər” mövzusunda təqdimatlarla çıxış ediblər. 
   Müzakirələrdə rayon Turizm İnformasiya Mərkəzinin rəhbəri Taleh Məmmədov, Mədəniyyət mərkəzinin direktoru Əhməd Təhməzov və digərləri bölgədə ixtisaslaşmış turizmin inkişafı barədə fikirlərini bölüşüblər.
   Tədbirin sonunda rayon İcra Hakimiyyətinin nümayəndəsi Rəşad Əliyev tədbir və layihə çərçivəsində çap olunacaq “Turizm fəaliyyətinin ekoloji-erqonomik əsasları” kitabının əhəmiyyətindən bəhs edib.