Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin təşkil etdiyi növbəti “Retro Bakı” konsertləri 18-19 avqust tarixində baş tutub.
   Fəvvarələr meydanında estrada müğənniləri Samirə Allahverdiyeva, Sami Oruc, Aysel Əlizadə, Ceyla Əlizadə, Aygül Səfərova, Aynur Əliyeva, Əli Əliyev, Nigar Süleymanova, Fuad Əsədov, Səma Heydərova, Rəşad İsmayıl və Məryəm Babayeva, Dana Durdana, Yaqut Nəriman, "Tin uşaqları" və “Renessans” qruplarının iştirakı ilə konsert proqramı təqdim edilib. Rəngarəng musiqi sədaları altında paytaxt sakinləri və turistlər rəqslər edib, maraqlı anlar yaşayıblar.
   Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin nəzdində yeni yaradılan “Nur” teatrının üzvləri budəfəki həftəsonu konsertlərində yenilik edərək, “Uşaqlığın son gecəsi” və “Bir cənub şəhərində” filmlərindən səhnəciklər göstəriblər.
   Qeyd edək ki, “Retro Bakı” layihəsi çərçivəsində konsertlər hər həftənin cümə və şənbə günləri davam edir. Layihənin yekun konserti sentyabrın 15-nə nəzərdə tutulub.