Xəbər verdiyimiz kimi, avqustun 25-də Dənizkənarı Milli Parkın ərazisində (“Saat qülləsi”nin yaxınlığında) və İçərişəhərdə yerləşən “Arts Council” incəsənət platformasında Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı, Dənizkənarı Bulvar İdarəsinin təşkilati dəstəyi ilə “Öz əsərini yarat” adlı tədbir keçiriləcək. 
   İncəsənət aksiyası Bakı şəhər sakinlərinin və şəhərimizin qonaqlarının rəssamlıq sənətinə marağının artırılması, gəzintiyə çıxan insanlara öz yaradıcılıq qabiliyyətlərini nümayiş etdirmək üçün imkan yaradılması, həmçinin ölkəmizə səfər edən xarici turistlərdə maraq oyatmaq məqsədilə keçirilir.