Sentyabrın 22-də Beynəlxalq Muğam Mərkəzində tanınmış xanəndələr, Əməkdar artist Təyyar Bayramov və Aytən Məhərrəmovanın iştirakı ilə muğamlarımızdan ibarət konsert proqramı təqdim olunacaq.
   Konsert Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan radiosu və “Mədəniyyət” kanalının təşkilatçılığı ilə gerçəkləşəcək.
   Gecədə muğamlarla yanaşı, bəstəkar və xalq mahnıları da səsləndiriləcək.