Avqustun 25-də Sankt-Peterburq Dövlət Akademik Mariinsk Teatrının Primorsk səhnəsində Adolf Adanın “Jizel” baleti nümayiş etdiriləcək. Səhnə əsərinin quruluşçu baletmeysteri həmyerlimiz Eldar Əliyevdir.
   “Jizel” baletinin dünya premyerası 1841-ci ildə Parisdə olub. Əsər Primorsk səhnəsində ilk dəfə 2015-ci ildə nümayiş etdirilib.
   Sentyabrın 7-8-də isə teatrın Primorsk səhnəsində P.Çaykovskinin “Yatmış gözəl” baleti nümayiş etdiriləcək. Xoreoqrafiyası Marius Petipanın (1818-1910) olan balet Konstantin Sergeyevin (1910-1992) və Eldar Əliyevin redaktəsində təqdim ediləcək. Baletin Primorsk səhnəsində premyerası 2017-ci il mayın 26-da olub.
   E.Əliyev Bakı Xoreoqrafiya Məktəbini bitirib, 1979-1992-ci illərdə Mariinsk Teatrının aparıcı solisti olub. 2016-cı ildə teatrın Primorsk səhnəsinin baş baletmeysteri təyin olunub.