Oktyabrın 16-dan noyabrın 11-dək Fransanın Reyms şəhərində “Sunnyside” caz festivalı (Sunnyside Reims Festival) keçiriləcək. Əməkdar artist İsfar Sarabski festival çərçivəsində noyabrın 5-də solo konsert proqramı ilə çıxış edəcək. 
   “Sunnyside” caz festivalı “Jazzus Productions” tərəfindən təşkil edilir. 2011-ci ildə yaradılmış bu şirkət caz tədbirlərinin təşkili sahəsində fəaliyyət göstərir.
   Qeyd edək ki, İsfar Sarabski hazırda müğənni və ud ifaçısı Zafer Yousif ilə konsert turuna çıxıb. 
   Avqustun 20-də ifaçılar Qazaxıstanda, Astana Opera Teatrında çıxış ediblər. Musiqiçilərin avqustun 27-də İsveçrədə Overnye Caz Festivalında (Auvernier Jazz Festival) birgə konserti olacaq.