Moskvada yaşayan həmvətənimiz, Rusiya Televiziyası Birinci kanalının “Qolos” layihəsinin dördüncü mövsümünün iştirakçısı olmuş gənc vokalçı Emil Qədirov gələn ilin fevral ayında Bakıda konsert proqramı ilə çıxış etməyi planlaşdırır.
   Bu barədə məlumat verən E.Qədirov deyib: “Konsert fevralın 10-da Beynəlxalq Muğam Mərkəzində olacaq. Ümidvaram ki, bakılıların çoxu bu konsertə gələ biləcək”. 
   Gənc vokalçı vurğulayıb ki, konsertin bir hissəsi Müslüm Maqomayevin xatirəsinə həsr olunacaq.