“YARAT” Müasir İncəsənət Mərkəzində keçirilən “Camping and gramping” adlı yay düşərgəsinin növbəti tədbiri aktyorluq sənətinə həsr ediləcək.
   Mövzu ilə bağlı avqustun 25-dən 27-dək düşərgədə xüsusi proqram təqdim olunacaq. Proqramı istedadlı teatr rejissoru İlaya Faiq aparacaq və avqustun 27-si yekun tamaşa göstəriləcək.
   8-17 yaş arasında uşaq və yeniyetmələr öz nənə-babaları ilə proqramda iştirak edə bilərlər. Qeydiyyatdan keçmək üçün 050 246 92 92 nömrəsinə zəng etmək və ya info@yarat.az elektron ünvanına müraciət etmək lazımdır. İştirak pulsuzdur.