Dünya kinosunun 100 ən yaxşı komediyasını müəyyənləşdirmək üçün “BBC Culture” tərəfindən sorğu keçirilib. Sorğuda 52 ölkədən 253 kino tənqidçisi iştirak edib.
   Sorğunun nəticələrinə görə, amerikalı rejissor Billi Uaylderin “Cazda yalnız qızlardır” filmi bütün zamanların ən yaxşı komediyası seçilib. İkinci yeri Stenli Kubrikin “Doktor Streynclav”, üçüncü yeri isə Vudi Allenin “Enni Holl” filmi tutub. İlk beşliyə Harold Ramisin “Marmot günü” və Leo Makkerinin “Ördək şorbası” filmi də daxil olub.