Neftçala şəhər Mərkəzi kitabxanasının bir qrup əməkdaşı “yay məktəbi”nin şagirdləri ilə birlikdə Biləsuvar rayonunda Milli Qəhrəman Mübariz İbrahimovun doğulduğu ocağı ziyarət edib. 
   İmanı kamil, əqidəsi pak, sonsuz vətən sevdalı şəhidin ev-muzeyində onun haqqında məlumatlarla tanış olan şagirdlər vətənpərvərlik şeirləri ilə yanaşı, şair ruhlu qəhrəmanımızın öz qələmi ilə yazılan şeirlərdən də nümunələr söyləyib. “Şəhidlər ölməz - Vətən bölünməz” - Milli Qəhrəmanın atasının dediyi bu sözlər, dilə gətirdiyi xatirələr hər kəsi kövrəldib. 
   Sonda Mübariz İbrahimovun adını daşıyan tədris kompleksinin həyətində Milli Qəhrəmanın abidəsi önündə xatirə şəkli çəkdirilib.