Qazax rayon MKS-nin Yuxarı Salahlı kənd 1 və 2 saylı kitabxana filialları Folklor evi ilə birlikdə Xalq şairi Mirvarid Dilbazinin anadan olmasının 105 illiyinə həsr olunmuş “Şeirimizin ana qanadı” adlı ədəbi-bədii gecə keçirib.
   Tədbirdə Səməd Vurgun Poeziya evinin işçiləri, Zahid Mahmudov adına orta məktəbin şagirdləri və fəal oxucular iştirak edib.
   2 saylı kitabxana filialının müdiri Məktubə Qocayeva, 1 saylı kitabxana filialının işçisi Gülnar Yolçuyeva, kənd Folklor evinin müdir əvəzi Nuranə Hacıeyyubova Mirvarid Dilbazinin həyat və yaradıcılığı haqqında danışıblar. Fəal oxucular şairənin şeirlərini söyləyiblər. “Səma” rəqs qrupunun balaca fidanlarının rəqsi tədbirə xüsusi rəng qatıb.
   Qazax rayon Mərkəzi kitabxanasının Uşaq şöbəsində Mirvarid Dilbazinin anadan olmasının 105 illiyinə həsr olunmuş bədii gecə keçirilib. Baş kitabxanaçı Rahidə Kazımova şairənin həyat və yaradıcılığından geniş məlumat verdikdən sonra oxucular M.Dilbazinin şeirlərini söyləyiblər. Sonda “Şeirimizin ana qanadı” adlı sərgiyə baxış keçirilib.