Dünyada yeganə olan “Uzunömürlülər” muzeyi dağlar diyarı, füsunkar təbiətli, saf havalı Lerik şəhərində yerləşir. 1991-ci ildən fəaliyyət göstərən muzeyə dünyanın müxtəlif ölkələrindən hər il qonaqlar gəlir, uzunömürlüyün sirri ilə tanış olurlar. 
   Muzeydə 1100-dən artıq eksponat var. Uzunömürlülər haqqında yaradılmış stendlər muzeyə gələnlərə çox şey deyir. 
   Muzeydə respublikada yaşayan uzunömrülülərdən bəhs edən yeni bir guşə yaradılıb. Artıq buraya gələnlər Leriklə bərabər Azərbaycanın müxtəlif rayonlarında yaşayan uzunömrülülər haqqında da məlumat ala bilirlər. Guşədə Şabran, Balakən, Qax və Gəncədə yaşayan qocalar barədə materiallar toplanıb. Burada dünya şöhrətli alim, Amerikada yaşayan soydaşımız, 96 yaşlı Lütfizadə haqqında da məlumatlardan çox şey öyrənmək olur. 
   Muzeyin direktoru Dilarə Fətullayeva guşənin daha da genişləndiriləcəyini deyir. İndi bu istiqamətdə yeni axtarışlar aparılır. 
   
   Zəfər Orucoğlu, 
   Lerik rayonu