Azərbaycan mənim üçün doğma yerdir. Bu sözləri Bakıda Qlobal Gənc Liderlər Forumunda iştirak edən ukraynalı tanınmış müğənni, 2004-cü ildə “Eurovision” mahnı müsabiqəsinin qalibi, Ukraynanın Xalq artisti Ruslana söyləyib.
   O deyib: “Bakıya həmişə böyük məmnuniyyətlə gəlirəm. Mənim üçün Azərbaycan Ukraynadan sonra ikinci doğma yerdir. Azərbaycanla bağlı o qədər xoş xatirələrim var ki. O cümlədən sənətimlə əlaqədar. Bir neçə birgə layihə həyata keçirmişik. Mən azərbaycanlı artistləri tanıyıram, muğamı öyrənirəm. Bu qeyri-adi musiqi mənim üçün böyük maraq kəsb edir və mənə çox yaxındır”.
   Müğənni qeyd edib ki, yeni layihəsi çərçivəsində yaxın vaxtlarda Bakıda bir neçə təqdimat keçirməyi planlaşdırır.