Avqustun 28-də İçərişəhərdə açıq səma altında gənc rəssamların əsərlərindən ibarət sərgi açılıb. Sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi və “Arts Council Azerbaijan”ın təşkilatçılığı ilə gerçəkləşib.
   “Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov bildirib ki, “Art weekends in Icheri Sheher” layihəsi çərçivəsində təşkil olunan sərgidə fırça ustalarının 15-dən çox əsəri ziyarətçilərin ixtiyarına verilib. Eyni zamanda sərgidə müxtəlif texnika ilə işlənmiş əl işləri də nümayiş etdirilib. Müxtəlif janrlı rəsmlərin yer aldığı sərgi paytaxt sakinləri və şəhərimizin qonaqları üçün nəzərdə tutulub. 
   Sərgi insanların asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə hər həftənin şənbə və bazar günləri təşkil edilir.