Sentyabrın 9-10-da Bakıda ikinci İndoneziya Mədəniyyəti Festivalı keçiriləcək. Festivalın birinci günü Heydər Əliyev Sarayında tədbir iştirakçıları İndoneziyanın məşhur caz musiqiçisi Dhiki Darmawanın çıxışını dinləyəcəklər. Həmçinin azərbaycanlı tələbələr və İndoneziyanın professional rəqqasları tərəfindən ifa olunacaq bu ölkənin ənənəvi və milli rəqs nömrələri təqdim olunacaq. 
   Növbəti gün festival Dənizkənarı Milli Parkda davam edəcək. Burada “Fun walk” yürüşü olacaq. Tədbir iştirakçıları birlikdə yürüş edib, mahnı oxuya, rəqs edə biləcək.