Qusar rayon Mərkəzi kitabxanası tərəfindən N.Nərimanov adına mərkəzi istirahət parkında səyyar kitabxana xidməti təşkil olunub. 
   Xidmət zamanı 320-dən artıq nüsxədə müxtəlif mövzuda kitablar və uşaq ədəbiyyatı nümunələri burada istirahət edən çoxsaylı turistlərə və yerli sakinlərə təqdim edilib. 
   Balaca oxucular nağıllar aləminə səyahət edib, “danışan kitab”larla tanış olub, müsabiqələrə qatılıblar. Müsabiqə qaliblərinə kitabxana tərəfindən xatirə hədiyyələri, Qusar rayonu haqqında kitablar və disklər təqdim olunub. 
   * * *
   Rayonun Gədəzeyxur kənd kitabxana filialı tərəfindən “Açıq kitabxana” layihəsi çərçivəsində açıq havada kitabxana xidməti təşkil olunub. 
   200 nüsxədən çox nəşr nümunəsi yerli sakinlərə və qonaqlara təqdim edilib. Oxucular belə tədbirlərin tez-tez keçirilməsinin təqdirəlayiq olduğunu bildirib, kitabxananın işçilərinə minnətdarlıq ediblər.