İstanbul Mədəniyyət və Turizm İdarəsi meqapolisə ən çox turist göndərən 100 ölkənin siyahısını açıqlayıb.
   İstanbulu ən çox ziyarət edən turistlər arasında Azərbaycan 13-cü sırada qərarlaşıb. İlk beşlikdə Almaniya, İran, Səudiyyə Ərəbistanı, İraq və Rusiya yer alıb. Məlumatda bildirilir ki, bu ilin yanvar-iyul aylarında İstanbula səyahət edən azərbaycanlı turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10,9 faiz artaraq 115 mindən çox olub. Ötən il bu göstərici 103 min 700 nəfər idi.