Uşaq və gənclər istədikləri mövzuda rəsmlər çəkiblər
   
   Dənizkənarı Milli Parkda Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı, Dənizkənarı Bulvar İdarəsinin təşkilati dəstəyi ilə “Öz əsərini yarat” adlı tədbir keçirilib. 
   Layihə paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının rəssamlıq sənətinə marağının artırılması, gəzintiyə çıxan insanlara öz yaradıcılıq bacarığını nümayiş etdirmək üçün imkan yaradılması, həmçinin ölkəmizə səfər edən xarici turistlərdə maraq oyatmaq məqsədilə reallaşdırılıb.
   Tədbir boyu iştirakçı uşaq və gənclər istədikləri mövzuda rəngarəng rəsmlər çəkiblər. 
    
   S.Qaliboğlu