TÜRKSOY-un təşəbbüsü ilə nəşr edilən növbəti “Teatr almanaxı” çapdan çıxıb. Budəfəki almanax türkdilli ölkələrdən dramaturqların uşaq teatrları üçün qələmə aldıqları pyesləri əhatə edir.
   Teatr sənətinin inkişafını dəstəkləyən layihələrdən sayılan almanaxın nəşrində məqsəd ana dilinin və milli mədəniyyətin qorunmasında böyük töhfəsi olan türkdilli teatrların repertuarının zənginləşməsinə, türk xalqları bir-birlərinin çağdaş teatr mədəniyyəti ilə tanış etməkdir. 
   Nəşrdə Azərbaycan, Qazaxıstan, Türkiyə, Qaqauz Yeri (Moldova), Xakasiya və Çuvaşiyadan (Rusiya) olan müəlliflərin pyesləri yer alıb. 
   Qeyd edək ki, bu toplunun hazırlanması və nəşri barədə qərar 2016-cı ilin sentyabr ayında Şəkidə keçirilmiş TÜRKSOY Ölkələri Dövlət Teatrları Rəhbərləri Şurasının 5-ci iclasında qəbul edilib.
   
   G.Mirməmməd