London sakini Con Dinqli ən tənbəl adamlar üçün orijinal nəqliyyat vasitəsi ixtira edib. 
   Böyük fantaziyaya malik ixtiraçının “Electro-Luge 500S” adlanan taxta lövhəsi elektrik mühərriki ilə işləyir. Onun üzərində uzanmaqla istənilən yerə sürmək mümkündür. Nəqliyyat vasitəsini öz qarajında düzəldən Cona bunun üçün 1 ay vaxt lazım gəlib. Sürəti saatda 60 kilometrə çatan maşın sudan, tozdan və palçıqdan etibarlı şəkildə qorunur.