Türkiyənin builki Oskar mükafatına təqdim edəcəyi filmin adı məlum olub. 13 film arasından rejissor Can Ulkayın ekranlaşdırdığı “Ayla” filmi mükafata namizəd seçilib.
   Filmin ssenari müəllifi Yiğit Güralp, bəstəkarı Fahir Atakoğludur. Baş rolda Türkiyənin tanınmış aktyorları Çetin Tekindor, İsmayıl Hacıoğlu, Murat Yıldırım, Erkan Petekkaya və Li Kyunq Jin, Kim Seol çəkilib. 
   Ekran əsərində 1950-1953-cü illərdə Şimali Koreya ilə Cənubi Koreya arasındakı müharibədə yaşanan dramatik bir hekayədən bəhs edilir.