Mütəfəkkir şair haqqında kitab yenidən nəşr olunub
   
   Görkəmli şərqşünas alim Yevgeni Bertelsin dahi Azərbaycan şairi Nizami Gəncəviyə (1141-1209) həsr olunmuş kitabı yenidən işıq üzü görüb.
   Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çap olunan əsərdə Nizami Gəncəvinin həyat və yaradıcılığından bəhs edilir.
   Nəşrin “Ön söz”ünün müəllifi Xalq yazıçısı Elçin, tərcümə edəni Z.Abdullayev, elmi redaktoru akademik Məmməd Arif Dadaşzadədir.
    “Təhsil” nəşriyyatında çap edilmiş kitab Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan aidiyyəti qurumlara və kütləvi kitabxanalara paylanılacaq.
   Qeyd edək ki, SSRİ EA-nın müxbir üzvü, SSRİ Dövlət mükafatı laureatı Yevgeni Bertelsin (1890-1957) bu kitabı 1940-cı ildə Bakıda nəşr olunub. Tədqiqatçı Şərqin Əlişir Nəvai, Sədi Şirazi, Əbdürrəhman Cami, Əbülqasım Firdovsi və başqa görkəmli şairlərin yaradıcılığını tədqiq edib.