Rusiyanın Nijnevartovsk şəhərində oktyabrın 25-dən 28-dək “Şimal görüşləri” V Beynəlxalq Teatr Festivalı keçiriləcək. 
   Festivalda ölkəmizi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı təmsil edəcək. Əməkdar artist Şövqi Hüseynov Patrik Züskindin “Kontrabas” monotamaşası ilə rus teatrsevərlərinin qarşısına çıxacaq. Tamaşa oktyabrın 27-də göstəriləcək.
   "Kontrabas" tamaşası indiyədək İran, Türkiyə, Moldova, Rusiya və Ukraynada keçirilən beynəlxalq teatr festivallarında mükafatlara layiq görülüb.
   Bildirək ki, festivalda Rusiya, Moldova, İtaliya, Fransa və digər ölkələrin teatrları iştirak edəcək. 

   Lalə