Qusar rayon Mərkəzi kitabxanasının Uşaq şöbəsi tərəfindən şəhər 3 saylı uşaq bağçasında səyyar kitabxana xidməti təşkil olunub. Tədbirin məqsədi uşaqları mütaliəyə həvəsləndirmək, onlara oxu vərdişləri aşılamaq, cəmiyyətin diqqətini uşaq ədəbiyyatına cəlb etməkdir. Tədbirdə 80-ə yaxın müxtəlif adda uşaq ədəbiyyatı və “danışan kitablar” balaca fidanlara təqdim olunub. Uşaqlar kitabxanaçı “Gültəkin nənə”nin nağıl sovqatına maraqla qulaq asıblar. Kiçikyaşlı oxucular müsabiqələrdə iştirak edib, şeir, mahnı səsləndirib, rəqs edərək məharətlərini göstəriblər.