Müslüm Maqomayev Mədəni-Musiqi İrsi Fondu 2017-2018-ci tədris ilində dövlət ali musiqi məktəblərinin buraxılış kurslarının tələbələri üçün xüsusi təqaüd proqramı üzrə ərizə qəbuluna başlayıb.
   Fondun saytında yer alan xəbərə görə, Müslüm Maqomayev təqaüdü üçün ərizələr sentyabrın 1-dən oktyabrın 15-dək qəbul olunacaq. İstedadlı tələbələri dəstəkləmək məqsədilə təsis olunmuş təqaüd müsabiqə əsasında təyin edilir. Təqaüdə iddialı tələbələr ixtisas fənləri üzrə yaxşı və əla göstəricilərə malik olmalıdır. Təqaüd 2017-ci il sentyabrın 1-dən 2018-ci il iyunun 30-dək olan dövrü əhatə edir. Tələbələrə sertifikatlar dünya şöhrətli bəstəkar və müğənninin ömür-gün yoldaşı, SSRİ Xalq artisti, professor Tamara Sinyavskayanın ustad dərsində təqdim olunacaq.
   Ərizə qəbulu barədə ətraflı məlumatı linkindən öyrənmək olar.