Beynəlxalq elmi konfrans keçiriləcək
    
   Oktyabrın 25-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Hüseyn Cavidin sənət fəlsəfəsi” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
   Universitetdən bildiriblər ki, tədbirdə görkəmli şair-dramaturqun zəngin yaradıcılığının müxtəlif problemlərinə toxunulacaq. Konfransda “Dünya romantizmi və Hüseyn Cavidin poeziyası”, “Azərbaycan cavidşünaslığının estetik problemləri”, “Cavid teatrı milli mədəniyyət hadisəsi kimi” və digər mövzularda məruzələr dinləniləcək, müzakirələr aparılacaq.