Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı tərəfindən daimi saxlanılmaq məqsədilə 351 saxlama vahidi fotosənəd Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verilib.
   Milli Arxiv İdarəsindən verilən məlumata görə, fotosənədlər 2016-2017-ci il teatr mövsümündə sənət ocağının yaradıcılıq fəaliyyətini, teatr xadimlərinin yubiley və xatirə gecələrini əks etdirir.
   Hazırda arxivdə qəbul edilmiş fotosənədlər Milli Arxiv Fondunda rəsmiləşdirilir. Hər bir sənəd haqqında məlumat bazası hazırlanır.