Musiqiçi, idmançı və müxtəlif sahələrdən məşhur insanların turizm sahəsinə, xüsusilə də hotelçilik sahəsində biznesə qoşulmaları haqqında tez-tez məlumatlara rast gəlirik. Son olaraq argentinalı məşhur futbolçu Lionel Messi də hotel yatırımı edən tanınmışlar arasına qatılıb.
   “Rosotel” adlı şirkət quran Messi İspaniyada Barselona yaxınlığındakı istirahət bölgəsində “Hotel Mimi” adlı hoteli 30 milyon avroya alıb.
   Ümumilikdə 77 otaqdan ibarət olan 4 ulduzlu hoteldə fəaliyyət göstərən spa mərkəzinin damında hovuz da yerləşir.
   
   Fariz