Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Qurban bayramı ilə əlaqədar hərbi hissələrdə konsert proqramları təşkil edilib. 
   İdarənin Tərtər rayon nümayəndəliyinin nəzdində fəaliyyət göstərən Mədəniyyət mərkəzi və Uşaq musiqi məktəbinin təqdim etdiyi konsert böyük maraqla qarşılanıb. 
   Bərdə rayon nümayəndəliyinin nəzdində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin kollektivləri də rayon ərazisində yerləşən hərbi hissələrin qonağı olublar. Şəhər 2 nömrəli Uşaq musiqi məktəbi ilə Divanlı kənd Uşaq musiqi məktəbinin kollektivlərinin iştirakı ilə keçirilən tədbirlər xüsusilə yaddaqalan olub. Sonda regional idarə tərəfindən əsgərlərə bayram sovqatı təqdim olunub.
   Regional idarənin Yevlax və Mingəçevir şəhər nümayəndəlikləri də Silahlı Qüvvələrimizin hərbi hissələrində konsert proqramları təşkil ediblər. Mingəçevir şəhər nümayəndəliyinin nəzdində fəaliyyət göstərən Şəhid A.Niftəliyev adına Mədəniyyət mərkəzinin özfəaliyyət kollektivi də əsgər və zabitlərimizlə görüşüb.