Oktyabrın 20-dən 28-dək keçiriləcək Bakı Caz Festivalı çərçivəsində ABŞ-ın “Kennedy Administration” qrupu konsert proqramı ilə çıxış edəcək. Konsert oktyabrın 28-də “Rotunda” caz klubunda təşkil olunacaq. Kollektiv caz musiqisini sevənlər üçün həmin gün seminar da keçirəcək.
   “Kennedy Administration” qrupu Layla Heteuey, Kristina Aqilera, Erik Bennet, Cef Uotts, Kenni Lattimor, Şeril Pepsi-Rayli və bir çox başqaları ilə əməkdaşlıq edib. Qrup caz, R&B, hip-hop elementləri ilə müasir musiqi yaradır.
   Oktyabrın 28-də “Rotunda” caz klubunda meksikalı gitaraçı Pako Ranteria da çıxış edəcək. Habelə tamaşaçılara Robert Budronun “Qüssə üçün doğulmuş” (2015) filmi göstəriləcək.
   Bakı Caz Festivalı Mədəniyyət və Turizm Nazirliyi, “Jazz dünyası” jurnalı, “A-A Events” şirkətinin və “The landmark hotel Baku”nun təşkilatçılığı, ölkəmizdə fəaliyyət göstərən bir sıra səfirliklərin, şirkətlərin tərəfdaşlığı ilə reallaşacaq.