Violonçel ifaçısı, beynəlxalq mükafatlar laureatı Camal Əliyev oktyabrın 6-da Londonda “1901 Art Club”da konsert proqramı ilə çıxış edəcək.
   “Talent Unlimited” xeyriyyə təşkilatı tərəfindən təşkil ediləcək konsertdə Camal Əliyevi pianoda Mariya Taraseviç müşayiət edəcək.
   C.Əliyev Türkiyə, Böyük Britaniya, Fransa, İsveçrə, Çin və başqa ölkələrdə bir sıra beynəlxalq festivallarda iştirak edib, solo konsertlər verib. O, Azərbaycan tarixində ilk dəfə BBC radiosunda orkestrin müşayiəti ilə solo çıxış edib, “BBC Introducing Classical Artist” proqramının iştirakçısı olub. İfaçı bu ilin martında “Sir Karl Jenkins” musiqi müsabiqəsinin birinci mükafatına layiq görülüb.