Masallı “Asan Həyat” kompleksinin kafesində ali məktəblərə və Masallı Dövlət Regional Kollecinə qəbul olmuş tələbələrlə görüş keçirilib. 
   Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov yüksək bal toplayaraq tələbə adı qazanan şagirdləri təbrik edib, onlara fəxri fərmanlar təqdim edib.
   Masallı şəhər 1 saylı tam orta məktəbin direktoru Mirqabil Hüseynov, 695 balla Tibb Universitetinə daxil olmuş Aysun İltifatlı, 677 balla ADİU-ya daxil olmuş Sərhəd Möhübbətoğlu və başqa gənclər çıxış ediblər.
   Bu il 1-ci sinfə qədəm qoyacaq şagirdlər tələbələri şeirlərlə təbrik ediblər. Masallı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyindəki rayon Mədəniyyət mərkəzinin incəsənət nümayəndələri öz gözəl konsert proqramları ilə tələbələrin sevincinə qoşulublar.