2017-ci ilin avqust ayında Gürcüstana 220 314 Azərbaycan vətəndaşı səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19% çoxdur.
   Gürcüstan DİN-in məlumatına görə, ötən ay qonşu ölkəyə ümumilikdə 1 080 449 nəfər əcnəbi gedib. Bu da ötən ilin göstəricisindən 27,4 faiz çoxdur. 
   Ötən ay Gürcüstana səfər edənlər arasında ən çox artımı Rusiya (28%), Azərbaycan (19%), Türkiyə (42%) və İran (85%) vətəndaşları göstərib.
   Cari ilin yanvar-avqust aylarında isə qonşu ölkəyə səfər edənlərin sayı 5 059 106 nəfər olub. Bu da ötən ilin analoji göstəricisindən 18,9 faiz çoxdur.