Türkiyənin İstanbul şəhərinin əhalisi 14 milyon 804 min 116 nəfərə çatıb. Son beş ildə şəhərin əhalisi 1 milyon nəfər artıb. Hesablamalara görə, şəhər əhalisinin sayı 2018-ci ilin sonunadək 15 milyon nəfər olacaq. 1927-ci ildə İstanbul əhalisinin ümumi sayı 807 min nəfərə yaxın olub və 90 ildə 19 dəfəyədək artıb.