Ötən il daimi yaşamaq üçün Azərbaycana 3233 əcnəbi gəlib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu göstərici 2015-ci illə müqayisədə 584 nəfər çoxdur.
   Ölkəmizə daimi yaşamaq üçün gələnlərin əsas hissəsini 30-34 yaşlı adamlar təşkil edib. Ötən il gələnlərin 2829 nəfəri əmək qabiliyyətli şəxslər olub.