Həmvətənimiz Mirzə Əsgərovun bədii rəhbəri və dirijoru olduğu M.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) akademik xoru sentyabrın 9-da Moskva şəhərinin 870 illiyi münasibətilə təşkil olunacaq bayram mərasimində iştirak etməyə dəvət olunub.
   Bu barədə məlumat MDU-nun akademik xorunun ìfacebookî səhifəsində yer alıb. Xor kollektivi yeni mövsümə ìŞəhər günüî tədbirində çıxışı ilə start verəcək. 
   MDU-nun akademik xorunda tələbələr, aspirantlar, bu universitetin əməkdaşları və müxtəlif fakültələrin məzunları, habelə həvəskarlar iştirak edirlər. Xorun repertuarına Rusiya və digər ölkələrdən 200-dən çox bəstəkarın klassik və müasir əsərləri, müxtəlif dillərdə xalq mahnıları daxildir.