Model və aktrisa Kara Delevin “Üzüklərin hökmdarı” filminin ulduzu Orlando Blumla “Karnaval hay-küyü” serialında çəkiləcək.
   Fantastika janrlı serialda müharibə nəticəsində doğma yerlərindən şəhərə üz tutan mifik məxluqlarla yerli sakinlər arasında baş verən gərginlikdən danışılır.
   Orlando Blum bu mifik məxluqlardan birinin ölümünü araşdıran polis müfəttişinin rolunu ifa edəcək.
   Kara Delevin isə Vinyett Stounmoss adlı qaçqın qız rolunu canlandıracaq.
   Delevin əvvəlcə model kimi şöhrət qazanıb, sonra filmlərdə özünü sınayıb, “İntiharçılar dəstəsi” və “Valerian və min planet şəhəri” filmləri ilə tanınıb.