Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “at nalı” formasında göydələnin tikintisinə start verilib.
   “Arabian Business” nəşrinin məlumatında deyilir ki, inşa edilən binanın A və B qalalarından ibarət olması nəzərdə tutulub. A qalası 19 mərtəbəli olmaqla özündə 257 studiya tipli 2 və 3 otaqlı mənzilləri, hovuz, spa və idman zallarını, uşaqlar üçün oyun meydançasını birləşdirəcək. B qalası isə 18 mərtəbəli olmaqla 90 ədəd 3, 4 və 5 otaqlı mənzildən ibarət olacaq.
   Qeyd olunur ki, yaşayış kompleksində mənzillərin qiyməti 225 min dollardan başlayacaq.